Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

Bilyard

bilyard

Şirkətdən olan dostlarınız ilə vaxt keçirmək və ya gündəlik qayğılardan azad olmaq üçün bilyard oynamaq istəməzdiniz? "F-LAND" məhz sizin axtardığınız bilyard klubudur! Orijinal mühit, peşəkar xidmət, yüksək səviyyəli masalar və bilyard klubunun təkrarolunmaz atmosferi – bu, "F-LAND"-ın fərqidir.

Bilyard oynamaq insana pozitiv emosiyalar bəxş edir. Ünsiyyətdə uğurlu seçim olan bu oyun növünün dünyada da kifayət qədər pərəstişkarları var. Bilyard elə bir estetik oyundur ki, oyunçuya psixi və fiziki rahatlıq verir, əsəbləri sakitləşdirir, gözəl əhval-ruhiyyə bəxş edir.

Bundan başqa, bizim idman kompleksimizə baş çəkərək siz bir sıra maraqlı bilyard həvəskarları ilə tanış ola, eləcə də yeni dostlar qazana bilərsiniz. Qeyd etmək lazımdır ki, uğurlu bilyard oyunu üçün müxtəlif yaş qruplarından olan oyunçuların seçimi vacibdir. Yaş müxtəlifliyi oyunun nəticəsinə müsbət təsir göstərəcək. Xoş olan bir şeyi faydalılıqla birləşdirin – görüşlər təyin edin və işgüzar müzakirələrinizi bilyard masası arxasında həll edin.