Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

Su idman növlərinin sağlamlığınız üçün əhəmiyyəti

 14.06.2016 - 19:59    1006
  • 14 İyun 2016
  • 19:59
  •  1006

Su insan həyatında böyük rol oynayır. İnsan hüceyrələrinin 80%-i sudan ibarətdir. Ona görə də su idman növləri sağlamlığınız üçün əhəmiyyətlidir. Üzgüçülük insanın aktivliyini artırır. Davamlı idman hərəkəti edən insan bədənində temperatur 30-32 dərəcəyə çatır. Bu öz növbəsində insanlarda qavrama qabiliyyətini inkişaf etdirir. Üzgüçülüklə məşğul olan insanlar başqalarına fərqli olaraq daha sağlam olurlar.

Mütəxəssislərin sözlərinə görə, üzgüçülüyün insan orqanizminə təsir göstərməsi üçün gündə ən azı 45 dəqiqə müddətində bu idmanla məşğul olmaq lazımdır. Əgər siz müntəzəm şəkildə bu idmanla məşğul olmursunuzsa tez bir zamanda uğurlu nəticə əldə edə bilməyəcəksiniz.
Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri kifayət qədər maye qəbul etməkdir. Bu yolla biz itirdiyimiz enerjini tez zamanda bərpa edə bilerik. Bəzi hallarda insanların diqqətsizliyinə görə üzgüçülükdən sonra onlarda spazm yarana bilir. Bu cür təhlükələrdən uzaq olmaq üçün üzdükdən sonra saçları,qulaq dəliklərini yaxşı qurulamaq və bədəni soyuqdan qorumaq lazımdır.

Bu qalereyadakı cəmi şəkil sayı - 3