Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

Gözəl bədən quruluşuna sahib olmaq üçün İdmanın rolu

 14.06.2016 - 20:02    1028
  • 14 İyun 2016
  • 20:02
  •  1028

Əgər gözəl bədən quruluşuna sahib olmaq istəyirsinizsə mütəmadi olaraq əzələləri məşq etdirmək lazımdır. Onlar möhkəm olanda bədən quruluşu da gözəl olur. Fiziki aktivlik müntəzəm şəkildə olmalıdır. Bunun üçün üzgüçülüyə, trenajor və ya fitnes zalına getmək vacibdir.


İdman orqanizmi xəstəliklərdən qorumaqla yanaşı, bədəni sağlam saxlayır və onu daha möhkəm və müqavimətli edir. Lakin düzgün idman edərkən qaydalara düzgün əməl etmək lazımdır. İdmana başlamazdan ən azı bir saat əvvəl yemək-içməyi dayandırmalısınız. Çünki məşq əsnasında mədənin dolu olması məsləhət deyil. Əgər vaxtınız yoxdursa, aclığı aradan qaldırmaq üçün alma, banan və s. yeyə bilərsiniz. Əvvəlcə, kiçik hərəkətlərlə bədənin, necə deyərlər, qızmasına nail olun. Qaçış lentinin üzərində keçirəcəyiniz 15-20 dəqiqə və ardından bir neçə aktiv hərəkət sizin üçün həyati əhəmiyyət daşıyır. Əgər bunu etməsəniz, şikəstliklər meydana çıxa bilər.

Böyük intervallarla məşq etmək məqsədə uyğun deyil. Hər texniki məşqlər arası 30-40 saniyə ərzində davamlı olmalıdır. İdman edərkən sizi müşayiət edəcək faktorlardan biri də musiqidir, yəni musiqi sədaları altında idman etmək daha yaxşı nəticə verir.