Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

Bəs sizin probleminiz nədir? Arıqlamaq,kökəlmək yoxsa sabit formanızı qoruyub saxlamaq?

 18.10.2017 - 15:06    732
  • 18 Okt 2017
  • 15:06
  •  732

Yaşından fərqi olmayaraq hər bir kəsin arzusu gözəl bədən quruluşuna sahib olmaqdır. Buna görə də insanlar müxtəlif yollara əl atırlar. Daha çox qadınlar bu problemlə üzləşirlər. Bəzi hallarda isə nəticə ilə razı qalmayıb təhlükəli yollara əl atırlar. Məs: əməliyyat, ac qalmaq, çəki atmaq üçün həblərdən istifadə, düzgün təyin olunmamış pəhriz və s. buna səbəb ola bilər. Biz sizə sağlam yolla arıqlamağın və kökəlməyin vacib şərtləri ilə tanış edəcəyik.

Arıqlamaq üçün əsas şərtlər :
· İlk öncə siz hansı səbəbə və hansı məqsədlə arıqlamaq istədiyivizi bilməlisiz.
· Qətiyyən bir pəhriz ilə arıqlamağa başlamayın. Bu düzgün başlanğıc deyil.
· Bunun üçün həkimlər tərəfindən ətraflı müayinə olunmalısız. Qan analizi verməli və analizin nəticəsinə uyğun pəhriz rejimi seçilməlidir.  
· Ac qalmayın!
· Sadəcə qidalanmağınıza diqqət yetirin və idman ilə məşğul olun.
· İnsan çəki itirdikdə dəri sallanması ilə qarşılaşır məhz bu səbəbdən idman ilə məşğul olmanız əsas şərtlərdən biridir. Dəri sallanmasına qarşı ən effektiv idman növü isə üzgüçülükdür.
· Yatmazdan əvvəl yağlı, qızardılmış, şirin, duzlu yeməklər yeməyiniz məsləhət görülmür. Çünki yuxu zamanı bədənimiz yeyilən qidanı tam həzm edə bilmir və bu qidalar artıq yağlara çevrilir, piylənməyə səbəb olur.
· Yuxunuzu normalaşdırın. Yuxunun olmaması enerji istehlakının azaldılmasına şərait yaradır.
· Ən əsas isə özüvüzə bir məşğuliyyət tapın. Boş durmaq acımağa şərait yaradır.
· Hər şeyi düzgün etsəniz aclıq və diskomfort hiss etməyəcəksiniz və istədiyiniz nəticəni əldə edəcəksiz. 

Heç də yeyib kökəlməyən insanlara paxıllıq etməyin ! Kilo almaq ən az kilo vermək qədər səy tələb edir.
Kökəlmək üçün şərtlər :
· Mümkün qədər gün ərzində tez - tez yemək yeyin. Bu hər 3-4 saatdan bir ola bilər. Qidanızda daha çox zülala və karbohidratlara üstünlük verin.
· Çəki alacam deyə çox yağlı yeməklər yeməyin. Bu sizin çəkinizi artırsa da piylənməyinizə səbəb olacaq.
· Hər gün eyni şeyləri yeməyin. Dəyişiklik edin. Bu zaman daha iştahla qidalanacaqsız. Bu səbəbdən kilo alarsınız.
· Nizamsız qidalanmayın. Süd və süd məhsullarına, ət və ət məhsullarına üstünlük verin.
· Yeməkdən əvvəl idman ilə məşğul olun ( üzgüçülük,qaçış və s.) Bu sizin həm iştahınızı açacaq həm də qazandığınız çəkinin sağlam bir şəkildə alınmasını təmin edəcək
· Nizamlı əzələ kütləsinin inkişafı üçün məşq edin. Daha çox trenajor məşqləri ilə məşğul olmanız məsləhət görülür. Bu sizin çəkinizin artmasında yardımçı olacaq.
· Məşq etdikdən sonra yaxşıca qidalanın. Yarım saat-1 saat keçdikdən sonra istirahət edin ki əzələ kütlənizin çəkisi artsın.
· Unutmayın ki əzələ artımı məşq zamanı yox,istirahət zamanı baş verir ən əsas da gecələr. Buna görə də hər gün məşq eləməyiniz məsləhət görülmür. Həftədə 3-4 dəfə kifayət edir.
· Gün ərzində minimum 7-8 saat yatın.

FAYDALI MƏLUMATLAR