Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

Yemək yeyə-yeyə necə arıqlamaq olar?

 02.11.2017 - 14:53    278
  • 02 Noy 2017
  • 14:53
  •  278

  Əgər siz yeyərək arıqlamaq istəyirsinizsə bunun üçün siz yavaş və diqqətli yeməlisiz. Sağlamlıq mütəxəssislərinin fikrincə beyinin zamana ehtiyacı var ki, daha ac olmadığını anlasın. Siz yeməyi tez-tez yedikdə beyin öz funksiyasını yerinə yetirə bilmir və nəticədə çox yeməyinizə səbəb olur. Biz sizə yeyərək arıqlamaqın bəzi asan yolları ilə tanış edəcəyik. Bu yol ilə siz qısa bir zamanda gözlə görünəcək nəticə əldə etmiş olacaqsınız.

1) Ən az 20-30 dəq. yemək yeyin.

· Araşdırmalar göstərir ki, yemək yemək üçün ən azı 20-30 dəq. vaxt sərf edilməlidir. Daha sürətli yeyən olduğunuz halda bunu bir qədər yavaşlatmaqın sizə çox böyük bir faydası olduğunu görəcəksiniz.
· Hər tikə arasında çəngəlinizi yerə qoyun. Bu sizə zaman artırmağa kömək edəcək.
· Yemək zamanı dostlarınız və ya ailə üzvlərinizlə ünsiyyət qurun. Yeməyinizə diqqət çəkmək əvəzinə yaxınlarınızla söhbət edin. Onlarla vaxt ayırın.

2) Kiçik tikələr götürün.

· Daha iri tikələr götürdüyümüz halda tez və çox yemiş oluruq. Buna görə də hər dəfəsində tikələrimizin kiçik olmasına diqqət etməliyik

· Həm də yediyiniz yeməyin yaxşı çeynənilməsindən əmin olun. Bu da sizi yavaşlatmağa məcbur edəcək və yeməyin dadını daha yaxşı hiss edib ondan zövq alacaqsız!

3) Yüsək yağ, yüksək şəkər və yüksək kalorili qidaları məhdudlaşdırın. Belə qidalar sizə arıqlamağa deyil əksinə kokəlməyinizə yardimci olacaq.

4) Fiziki cəhətdən aktiv olun.

· Aerobika,üzgüçülük,qaçış və s. kimi idman növləri sizə çəki atmanıza kömək edəcək.
· Sağlamlıq mütəxəssislərinin əksəriyyəti həftədə ən azı 150 dəqiqə aerobik fəaliyyəti təklif edir. Siz bunu həftədə 300 dəqiqə də artıra bilərsiniz.

5) Yemək zamanı diqqətli olun.

· Avtomobildə və ya TV qarşısında yeməkdən çəkinməyə çalışın. Bu sizin diqqətinizin dağılmasına şərait yaradacaq. Və yeməyin dadından razı qalmayıb, toxluq hiss etməyəcəksiz.

6) Özünüzü çox ac saxlamayın.

· Çox acıdıqda yemək zamanı yeməyin sürətini nəzarət etmək çox cətin olur. Siz istənmədik halda daha çox yeyə bilərsiniz.
· Ayrıca yeməklərin vaxtına diqqət yetirin.  Düzgün vaxtlarda qidalansanız aclıq hissi keçirməyəcəksiz.