Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

Əzələ kütləsinin çəkisini necə artırmaq olar ?

 13.11.2017 - 15:21    2321
  • 13 Noy 2017
  • 15:21
  •  2321

Çox adamlar üçün əzələ kütləsinin çəkisini artırmaq imkansız görünə bilər. Bu heç də belə deyil. Biz sizi 8 sınanmış üsul ilə tanış edəcəyik.

1. Yemək alışqanlıqı.

Sizin metobalizmanız daha sürətli olduğundan qəbul etdiyiniz qidaların kalorisi daha tez yanır. Və çəki almanıza mane yaradır. Əgər sizin fikriniz əzələ yığıb kökəlməkdirsə bu zaman daha çox yeməli,yağlı qidalar qəbul etməlisiz. Yağlı qidalar dedikdə isə kərə yağı kimi süni yağlar deyil bitki yağlarına, badam, zeytun yağına üstünlük verməlisiz.

  2. 1 saat yarım 2 saatdan az olmayaraq məşq etməyiniz məsləhət görülür. 


Xüsusilə də məşq proqramlarına diqqət yetirin. Sizin proqramınız yüngüldən ağıra doğru olmalıdı. Çünki sizin qəbul etdiyiniz qida daha çox kalorilidir. Əgər ağır məşqlərlə məşqul olmasaz bu sizdə artıq piyə çevrilə bilər. Məşq proqramı seçməkdə sizə trener və ya məşq zallarından asılmış xüsusi cədvəllər kömək edə bilər.


3. Məşq sisteminizi daha rengarəng edin!

Qantel qaldırmaq, ayaqlar üçün squat, bütün bədənin duruşu üçün deadlift kimi ən əsas hərəkətləri etməyi unutmayın! Güc məşqlərinizi isə yatana yaxın etməyiniz məsləhət görülür.

4. Kardio hərəkətlərini isə azaldın.

Bunu həftədə 1 və ya 2 dəfə edə bilərsiz. Unutmayın ki sizin məqsədiniz çəki atmaq deyil,əzələ kütləsinin çəkisini artırmaqdır.

5. Məşqdən qabaq karbohidrat tərkibli qidalar qəbul edin.


Karbohidratlar əsas enerji mənbəyidir. Daha çox bitki mənşəli qidalarda rast gəlinir. Bunlara misal olaraq kartof,çörək,bal,şəkərli meyvələri göstərmək olar. Siz məşq zamanı qəbul etdiyiniz karbohidratları yandıra bilərsiz.

6.Protein qəbulu.


Əzələ kütləsini böyütmək və gücü çoxaltmaq üçün proteindən istifadə edənlər də az deyil. Protein tozu zülalların tozundan hazırlanmış qida əlavəsidir. Aşırı protein qəbulu bədəndə yağ olaraq yığılır. Ona görədə istifadədən qabaq həkiminizlə məsləhətləşsəz daha məqsədə uyğun olar.

7. Yorğunluğunuzu alın.

Unutmayın ki əzələlər dincəldiyimiz vaxt inkişafa meyilli olur.


8. Dincəlməkdən əlavə yuxu sisteminə nəzarət edin.

Yuxunuz 8-10 saat arasında olanda bədəndə böyümə hormonu istehsalı başlayır və əzələnin ən mühüm inkişafı bu zaman baş verir.

 

FAYDALI MƏLUMATLAR