Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

İdeal bədən quruluşuna sahib olmanın yolları

 24.11.2017 - 14:54    482
  • 24 Noy 2017
  • 14:54
  •  482

Dümdüz bir qarına sahib olmaq və göbək ətrafı yağlardan azad olmaq üçün idman etmək əsas şərtlərdən biridir. Bunun üçün siz müxtəlif idman növləri ilə üzgüçülük,fitness , aerobika və s. məşqul ola bilərsiz. Yalnız nəzərə almaq lazımdır ki, idman ilə bərabər yeməyinizə diqqət yetirsəz daha müsbət nəticə ala bilərsiz.
Bəs artıq piylərdən qurtulmaq üçün necə qidalanmalıyıq ? Qarın nahiyyəsində artıq piylər heç də çox yeməkdən yaranmayıb, qarın piyləri düzgün qidalanmamaqdan yaranır.

· Səhər yeməyini mütləq yeməlisiz. Bu sizə gün ərzində itirməli olacağınız enerjini verəcək.

· Gün ərzində qəbul etdiyiniz qidaların kalorisinə nəzarət edin. Əgər aldığınız enerji, sərf etdiyiniz enerjidən çox olarsa, bu artıq kalori sizə yağ olaraq geri qayıdacaqdır.

· Duzdan mümkün qədər az istifadə edin. Gün ərzində 6 qramdan artıq duz qəbulu piylənməyə səbəb olur.

 · Gündəlik qida rasionunuza yaşıl çayi mütləq əlavə edin. Yaşıl çay maddələr mübadiləsini normaya salan və bədəndəki yağları əridən möcüzəvi bir içkidir. Ancaq mütəxəssislər yaşıl çayı gün ərzində iki stəkandan artıq içməməyi tövsiyə edirlər.

· Daha öncəki məqalədə yazdığımız kimi yeməkəri yaxşıca çeynəyin. Və yeməyi yavaş yavaş yeyin. Unutmayın ki beyinə " doydum " siqnalı 20 dəqiqə sonra çatır.

· Stressdən uzaq olun ! Stressli həyat çox yeməyinizə səbəb ola bilər.