Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

Çəki atmağınıza kömək edəcək ən təbii məhsullar.

 16.02.2018 - 15:19    1118
  • 16 Fev 2018
  • 15:19
  •  1118

Arıqladığımız zaman sağlam qidalanmaq əsas şərtlərdən biridir. Bu məqalədə biz sizə arıqlamağa kömək edəcək bir neçə təbii məhsul haqqında danışacağıq. Siz bu məhsulları gündəlik qida rasionunuza salaraq 2 həftəyə 4-5 kilo çəki ata bilərsiz.

 1. Darçın: Orta Şərq ölkələrində ən çox istifadə olunan ədviyyatdır. Sağlamlığımız üçün olduqca faydalıdır. Onun güclü və kəskin qoxusu kokteyllərin, isti içkilərin hazırlanmasında əvəzsiz rol oynayır. Piylərin yandırılması və qanda şəkərin tənzimlənməsi funksiyasını yerinə yetirir ki bu da kilo vermə prosesində əhəmiyyətli rol oynayır. 1 xörək qaşığı darçının tərkibi:
• 19 kkall
• 0 q. yağ, şəkər və zülal
• 4 q. lif
• 68 % manqan
• 8 % kalsium
• 4 % dəmir
• 3 % vitamin K

5-6 ədəd çubuq darçına 2 stəkan su və bir xörək qaşığı bal əlavə edərək 20-25 dəq.qaynadırıq. Gün ərzində yeməkdən yarım saat əvvəl 3 dəfədən artıq olmayaraq içə bilərsiz. Həmçinin yulaf sıyığına da əlavə edə bilərsiz.
Türkiyənin məhşur pop müğənnisi Gülben Ergen də darçın dietasından istifadə edərək çəki atmışdır.

2. Limon: Limonun faydalarından bəhrələnmək üçün 250 qram qaynadılmış suya limonun ¼ hissəsinin şirəsini əlavə edib səhər yeməyindən öncə içə bilərsiz. Içdikdən yarım saat sonra isə qida qəbul etməyiniz şərtdir. Nəzərə almaq lazımdır ki, limon şirəsi soyuq suya deyil, məhz ilıq suya əlavə olunmalıdır. Soyuq havalarda hazırladığınız limonlu suya bir çay qaşığı bal da əlavə edə bilərsiniz.
• Limonlu su orqanizmin immun sistemini gücləndirir.
• Həzm prossesini qaydaya salır.
• Metobalizmanı gücləndirir.
• Qaraciyərin təmizlənməsi üçün müsbət təsir göstərir.

 

3. Kivi: C, B1, B2, E vitaminləri ilə zəngin olan bir meyvədir. Kaloriliyi çox aşağıdır. 100 q. kividə 62 kkall mövcuddur. Hər gün səhər və axşam yeməklərindən öncə 3-4 ədəd kivi yeyərək artıq piyləri əridə və həzm prosesinizi yaxşılaşdıra bilərsiz.

 4. Sarıkök: Araşdırmalara nəzərən sarıkök və onun bioaktiv elementləri yağ hüceyrələrinin meydana gəlməsinin qarşısını alır. Sarıkök alarkən diqqətli olmalı ucuz və keyfiyyətsiz məhsullara üstünlük verməməlisiz.
Həftədə 2 dəfə olmaqla sarıkök və qatıq pəhrizi edərək 1 aya 4 kilo çəki ata bilərsiz.
1 kasa qatıq (tam yağsız )
Yarım çay qaşığı toz darçın
Yarım çay qaşığı toz zəncəfil
Yarım çay qaşığı toz sarıkök . Bu məhsulları bir-birinə qataraq yatmazdan 3-4 saat əvvəl qəbul etməyiniz məsləhət görülür.Daha çox çəki atım deyə ədviyyatların miqdarını artırmayın.

5. SU! – sərin su. Siz gün ərzində təxminən 2 l. su içməlisiz. İlk yarısını saat 12-dək qalan hissəsini isə günün digər saatlarında içə bilərsiz. Əgər sizin məqsədiniz çəki atmaqdısa o zaman daha sərin suya üstünlük verin. Su nə qədər soyuq olsa kaloriləri bir o qədər tez yandıra bilərsiz.

6. Brokoli: Kalori baxımından çox zəifdir. 100 q. brokoli 34 kkall-dir. Brokolini siz çiy və ya digər inqredientlərlə qarışdırıb yeyə bilərsiz. Onun yaşıl rəngi salatlara təravət və gözəl dad gətirir.

7. Qreypfrut: Vitamin C ilə zəngin olan bir meyvədir. Qreypfrutun yarısı 40 kkall-dən belə azdır. Tərkibində olan bol miqdarda su çəki atmağınıza kömək edəcək.
• Orqanizmdə insulin riskini azaldır.
• Maddələr mübadiləsini artırır.
• Xərçəngə qarşı ən yaxşı mübarizədir.
Səhər günorta və axşam yeməklərində yarım ədəd qreypfrut yeyərək 1 aya 4-5 kilo çəki ata bilərsiz.

8. Badam: Gün ərzində 1 ovuc qovrulmamış, duzsuz, çiy badam arıqlamağa müsbət təsir göstərir. Tərkibində sin, dəmir, kalsium, E vitamini mövcuddur. Protein və təbii yağlarla zəngin olduğundan insanı uzun müddət tox tutur. Badam yeyən insanların çəkisində 18 % arıqlama müşahidə olunub.
• Qəbizliyi aradan qaldırır.
• Tərkibində olan amiqdalin maddəsi xərçəngdən qoruyur.
• Ürək damar xəstəliklərini azaldır.

FAYDALI MƏLUMATLAR