Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

F-LAND İdman və Sağlamlıq Kompleksi Haqqında

"F-LAND" idman və sağlamlıq kompleksi Neftçilər metrosu yaxınlığında, Nizami r, Çobanzadə küç. 24/04 ünvanında yerləşir.

DSC_9906

"F-LAND" kompleksi sizin xidmətinizdədir.

Hovuzun uzunluğu – 25 metr, 6 zolaq.

Hovuzun iş rejimi: 07.00-22.00.

KOMPLEKS İSTİRAHƏT GÜNLƏRİ DƏ FƏALİYYƏT GÖSTƏR!

Biz bütün arzu edənləri "F-LAND"-a dəvət edirik və əminik ki, hər kəs öz marağına uyğun məşğələ seçəcək. Hovuza səhər tezdən, işdən öncə gələ bilərsiniz. Bundan başqa əgər vaxt qrafikiniz imkan verirsə, istənilən vaxt üzmək üçün abunə hüququ əldə edə bilərsiniz.

Qapılarımız bütün arzu edənlərin üzünə açıqdır.

Bütün bədən tərbiyəsi və idman sevərlər idman kompleksinin xidmətlərindən həm birdəfəlik əsaslarla, həm də abunə olmaqla istifadə edə bilərlər. Qiymətlər hamı üçün münasibdir. Tələbat yarandıqca üzgüçülüyü öyrənmək üçün qruplar yaradılır.

Həmçinin hovuz korporativ müştəriləri də əməkdaşlığa çağırır (kommersiya təşkilatları, məktəblər, universitetlər və s.)

Böyük üzgüçülük hovuzunda suyun orta temperaturu 28.50C, uşaqlar üçün nəzərdə tutulmuş orta hovuzda isə 300C-dir.

resirkulyasiyaSirkulyasiya tipli hovuzlar sistemi filtrasiya və yağsızlaşdırma metodlu təmizləmə sistemi ilə çalışır.

Biz müştərilərimizin bütün istəklərini nəzərə almaqla müxtəlif cərəyanları eyni bir məkanda birləşdirməyə çalışdıq. Hər kəs istədiyi məşğuliyyət növünü seçə bilər .

Bizim idman kompleksində trenajor zalı, geniş hovuz, futbol sahəsi, bilyard zalı, stolüstü tennis və s. var.

Bizim məşqçilər böyük məşqçilik təcrübəsi olan idman ustaları və beynəlxalq yarışların qalibləridir. Bütün məşqlər mütəxəssislərin ciddi nəzarəti altında keçirilir, klubun hər bir üzvü məşqlərə başlamazdan əvvəl tibbi müayinədən keçib individual məşq proqramı və düzgün qidalanma ilə bağlı konsultasiya ala bilər.

Kompleksin ərazisində idman avadanlığı və idman paltarları mağazası var - bir sözlə, vaxtınızı zövqlə və faydalı keçirməyiniz üçün bizim kompleksdə hər bir şərait var.

Aşağıdakı videoda "F-LAND" idman və sağlamlıq kompleksi ilə vizual tanış ola bilərsiniz.