Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

Uşaqlar üçün Hovuz

ushaq-hovuz

Vaxt uçur, uşaqlar isə tez böyüyür. Bunu dərk edənə qədər övladlarınız sizin "yuva"nızı tərk edəcəklər. Onlara heç vaxt unutmayacaqları zamanı hədiyyə edin. Sizin uşaqlarınız öz uşaqlarına, daha sonra nəvələrinə hovuzda yaşadıqları ilk təəssüratlardan danışacaqlar. Hovuzun uşaqlar üçün xeyirləri:

  • Tənəffüs və ürək-damar sisteminin möhkəmləndirilməsi
  • Uşaqlara üzməyi öyrətmək
  • Profilaktika və qamət pozuntusunun düzəldilməsi
  • Əzələlərdə gərginliyin azaldılması, onurğanın boşaldılması
  • Daxili orqanların fəaliyyətinin normallaşması
  • Əzələ korsetinin möhkəmləndirilməsi
  • Əzələlərin, orqanların və toxumaların qidalanmasının yaxşılaşdırılması
  • Öz bədəninizə sahib olmaq bacarığı
  • Çəkinin effektiv azaldılması
  • Orqanizmin möhkəmləndirilməsi
  • Stressin azaldılması
  • Elastikliyin inkişafı
  • Öz gücünüz daxilində özünəqiymətin və əminliyin formalaşdırılması və s.

ushaq_14-9 yaş arasında olan uşaqlara üzməyi öyrətmək ən ideal mərhələdir. Uşaqlar artıq anlayırlar ki, müəllim onlardan nə istəyir. Bu yaşda olan uşaqlar 15-20 dəqiqə müəllimə diqqətlə qulaq asa bilir və onun tapşırıqlarını düzgün yerinə yetirməyi bacarırlar. Bunlarsız lazımi nəticəyə nail olmaq mümkün deyil. Üzgüçülükdə "suyun hissi" kimi anlayış var - o dərinin reseptorları və əzələlərin proprioreseptorları ilə təmin olunur. 6-7 yaşlı uşaq artıq müvafiq olaraq siqnallara adekvat reaksiya verə bilir. Yaşca daha kiçik uşaqlar isə bədənlərinə, onun hərəkətinə və göstərdikləri müqavimətə suyun təzyiqini hiss edir, amma anlaya bilmirlər ki, belə olan halda, nə etmək lazımdır ki, sağ qalasan. Bu prinsipə əsaslanaraq, üzgüçülük üzrə məşqçimiz böyük məmnuniyyətlə 4 yaşından başlayaraq sizin uşaqlarınıza üzməyi öyrədəcək.

Uşaqlar üçün elə bir hovuz seçmək lazımdır ki, onun suyu təmiz, təlimçilər isə səbrli olsun. Valideynlərin diqqətinə çatdıraq ki, övladınızı hovuza yazdırmazdan əvvəl mütləq onun parametrləri ilə tanış olun. “F-land” idman kompleksində uşaqlara özəl hazırlanan hovuzun dərinliyi 60 santimetr, uzunluğu 12,5 metr, eni isə 6 metrdir. Dərinliyi xüsusilə qeyd etmək istərdik. Çünki biz övladlarınızın təhlükəsiz üzgüçülük dərslərinə zəmanət veririk. Hovuza baş çəkin, işçilərlə danışın, təlimçilərlə tanış olun, suyun təmizliyini təsdiqləyən arayışlara baxın. Eyni zamanda, duş kabinələrini yoxlayın, soyunma-geyinmə otaqlarında qızdırıcıların olmasına və içərinin sərin olmamasına diqqət yetirin.

ushaq_2Hovuz uşaqlarınızla birlikdə oynayacağınız oyunlar üçün sevimli məkanınıza çevriləcək. Burada uşaqlarını hovuza gətirən digər analarla da qarşılaşacaqsınız. Ona görə də əmin olun ki, bizim məkanda darıxmayacaqsınız. Məşğələlərə ataları da dəvət etmək olar — o zaman siz övladınızın hovuzdakı uğuruna ailə olaraq sevinəcəksiniz.

Hamıya məlumdur ki, ən müvəffəqiyyətli və məşhur üzgüçülər hələ uşaqkən üzməyə başlayıblar və bu da gələcək illərdə onların uğur zirvəsini fəth etmələri üçün əsas səbəblərdən biri olub.

Başqa sözlə, bizim hovuz üzgüçülük üçün universal məktəbdir. Ola bilər ki, bir qrup uşaq üçün üzmək sadəcə onların ümumfiziki inkişafına yaxşı təsir edəcək vasitədir, amma başqaları üçün kiçik yaşlardan üzməyə başlamaq böyük idmana start da ola bilər. Əsas odur ki, hovuzda edilən məşqlər uşaqlara müsbət emosiyalar bəxş edir. Bu, onlara sağlamlığı hədiyyə edən sevincdir. Bu, sadə və sərbəst hərəkətlərdən doğan sevincdir. Nəhayət, bu, uşaqlarını xoşbəxt və işıqlı görən valideynlərin sevincidir.

ushaq_3Uşaqlar üçün üzgüçülüyün xeyiri o qədər böyük və danılmazdır ki, hətta onu məktəbdə bədən tərbiyəsi dərsində keçirilən təhlükəli normativlərlə - "keçi" üzərindən tullanmaq, sürətli qaçış, uzunluğa tullanma ilə əvəzləmək olar. Əlbəttə ki, bu bizim şəxsi fikrimizdir. Bu məqamı qeyd etməklə biz üzgüçülüyün mütləq tədrisini iddia etmirik, amma tədris planına salınarsa, heç nə itirilməyəcəyini, əksinə, bunun daha çox xeyir verəcəyini bildirmək istəyirik:

  1. Üzmək - soyuqdəymənin profilaktikası üçün xeyirlidir. O, uşaq orqanizminin möhkəmlənməsi, soyuq temperatura vərdiş, nəticədə soyuğa və soyuqdəyməyə davamlılıq kimi keyfiyyətlər yaradır
  2. Üzgüçülük qız və oğlan uşaqlarının bədən formalarını, qamətini düzəldir
  3. Üzgüçülük iştahanı artırır, yuxu və maddələr mübadiləsini normallaşdırır
  4. Yastı pəncəlilikdən əziyyət çəkən insanların sayının artması ilə əlaqədar, üzgüçülüyü tövsiyə etməyə bilmərik, çünki o sözügedən potologiyanın qarşısını alır
  5. ushaq_4Uşaqların hovuzda etdikləri müntəzəm məşqlər onlarda bədən müqavimətini formalaşdırır, fiziki formanı, həmçinin hərəkətin və gücün koordinasiyasını yaxşılaşdırır. Biz hələ üzmək bacarığının sağ qalmaq üçün lazım olan əsas qabiliyyətlərdən biri olmasından danışmırıq. Siz əminsiniz ki, uşağınız üzə bilməsə belə, heç vaxt suya girmək istəməyəcək, ya da dostları ilə birlikdə çimərliyə gedəndə üzə bilmədiyi üçün onu ələ salmayacaqlar və suya atmayacaqlar? Onların “əyləncə” kimi baxdıqları bu “zarafatlar”ın nə ilə nəticələnəcəyini düşünmək belə qorxuludur
  6. Həkimlər hiper hissiyatlı uşaqlara hipertonus və ya DSP xəstəlikləri zamanı üzgüçülüklə məşğul olmağı məsləhət görür.
  7. Üzgüçülük təkcə balaca şirinlərimizin ürəyincə olmayacaq, eyni zamanda, bu sizin ailəvi hobbinizə çevriləcək
  8. Üzgüçülük oynaqları tədricən bərkidir, tənəffüs və ürək - damar sistemini, eləcə də qan dövranını yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir. Üzgüçülüklə məşğul olmaq südəmər uşaqların əzələ tonusunu artırır və onları daha sağlam edir
  9. ushaq_5Hovuzda üzgüçülüklə məşğul olmaq təhlükəli deyil: düzdür, bütün əzələ qruplarına ciddi yük düşür, amma bu halda belə yük suyun hesabına "çəkisini azaldır". Su qorxusunun olmaması, üzgüçülüyün bəzi texniki fəndlərinin mənimsənilməsi bacarıqları sizin körpənizi sevindirməyə bilməz. Xüsusilə, daha sıx verilən tapşırıqlar əzələlər üçün əlavə yüklənməni və müqaviməti yaradır. Digər tərəfdən, bədən suda daha yüngül olur, kürək əzələlərinin gərginliyi aradan qaldırılır, travmatik səviyyə bir xeyli aşağı enir və yüklənmə normativini yerinə yetirmək qabiliyyəti artır. Digər idman növlərindən fərqli olaraq su idmanı insanı gec yorur

Üzgüçülüklə daim məşğul olan uşaqlar yalnız fiziki deyil, həm də intellektual cəhətdən öz yaşıdlarından daha çox inkişaf edirlər.