Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

Güc Trenajoru

trenajor

Gözəllik-gücdür!

Burada kişilər daha güclü, qadınlar daha zərif olur. Trenajor zalda edəcəyiniz məşqlər hər hansı fitnes növü kimi sizin bədəninizi dəyişə, ölçüləri mükəmməlləşdirə, formanızı qaydaya sala, güzgüdəki əksinizi ideal edə bilər. Nəzərə almaq lazımdır ki, F-LAND trenajor zalında istənilən zaman kəsimi üçün (aylıq, 3 aylıq, yarımillik və illik) abonent kimi yazılmağınız məşqlərin keyfiyyətinə heç bir təsir göstərmir. İstədiyiniz tezlikdə və aralıqda, necə doğru bilirsinizsə, elə də məşq edin.

 

Trenajor zalı nələrə faydalıdır?

Trenajor zalı sağlamlıq və mükəmməl bədən quruluşu üçün ən vacib vasitələrdən biridir. "F-LAND"ın trenajor zalının sahəsi 180 kvadrat metrdir. Burada müxtəlif məşqlər etmək olar: qaçış yolları, velotrenajorlar kalorilərin böyük miqdarını yandırmağa icazə verir, eyni zamanda, oynaqların və onurğanın yüklənməsini azaltmağa maksimal imkan yaradır.

Sirr deyil ki, ürək - damar sistemi uzun illərinin girovudur. Əzələ tonusunun yüksək saxlanılması və əzələ qəfəslərində kapilyarların miqdarının artımı kardio məşqlərin hesabınadır. Bu cür məşqlər daha dəqiq nəticələrə nail olmağa kömək edəcək və sizin bədəniniz artıq piydən azad olacaq.

Avadanlıq müasir trenajor zalının bütün tələblərinə uyğundur. Burada hər kəs - həm üzgüçülüyə yeni başlayanlar, həm də peşəkarlar təlim vaxtı özünü rahat hiss edəcək. Hər bir trenajor haqqında yüz dəfə oxumaqdansa, bir dəfə görmək, daha doğrusu, bir dəfə buraya baş çəkib, məşq etmək daha yaxşıdır. Ona görə də kreslodan durun və "F-land"ın trenajor zalına gəlin. Gəlin ki, üzümüzə gələn yayda çimərlik mövsümündə ulduz SİZ OLUN!

İxtisaslaşdırılmış heyət hər zaman sizə istədiyiniz bədən formasını əldə etməyə və sağlam olmağınıza yardım edəcək.

Fərdi qaydada seçilmiş metodikanın sayəsində, trenajor zalında müxtəlif məsələləri mükəmməl şəkildə həll etmək olar: necə arıqlamaq, həm də əzələ kütləsini necə yığmaq, kürək əzələlərini möhkəmləndirmək və qaməti düzləşdirmək. Trenajor zalında edilən məşqlərin daha bir üstünlüyü odur ki, fiziki yüklənmənin intensivliyi və həcmi hər bir insanın imkanlarına uyğun olaraq paylanılır. Başlayanlar üçün müvəffəqiyyətin ən vacib açarı – səbirdir. Axı hər şeydən daha çətini məşqlərin birinci 2-3 ayını dözməkdir. Fiziki yüklənmələrə vərdiş edin, o zaman sizə daha asan olacaq! Zalda birillik məşğuliyyətlərin nəticəsində uşaqlar inanılmaz dərəcədə dəyişirlər: qızlarda bədən forması dəyişir, qamət düz olur, özünə əminlik yaranır. Birinci məşqdə çətinliklə taxta çubuqla çömbələn uşaqlar bir il ərzində çəkilərini 70 kiloqrama qədər artırırlar!

Heç kimdən kömək gözləməyin. Hər kəs bilir ki, dövlətə millətin sağlamlığı vacib deyil. Batanları xilas etmək elə boğulanların öz işləridir. Məhz siz qərar verirsiniz ki, öz üzərinizdə işləmək lazımdır, yoxsa üzməyi öyrənməməklə axın istiqamətində gedərək xəstə bədəninizi layiq olduğunuz sağlamlıq kimi qəbul etmək?

 

Boyun uzadılması

Bizim kompleksdə instruktorumuzun köməkliyi ilə xüsusi proqramlarla keçirilən məşqlər nəticəsində boyunuzu uzatmaq imkaniniz var. Beləlikə instruktorumuzun verdiyi proqramların arasında siz nəinki boyunuzu uzada, həmçinin:

  1. Artıq çəkidən azad ola
  2. Fiziki gücünüzü artırmaq
  3. Bədən quruluşunuzu gözəlləşdirmək
  4. Gərgin iş rejimindən sonra stressi atmaq

Bu kimi faydalı məsləhətləri sadalamaq çox olar. Biz istərdik ki siz bizim kompleksimizdəki trenajor alətlərindən və proqramlardan istifadə edib gözəl vücuda sahib olasınız. Trenajor alətlərindən istifadə edərkən profesional məsləhəti vacibdir.