Karate
Yapon əlbəyaxa döyüş sənəti olan Karate ( tam adı Karate do ) mənası Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol" deməkdir. 1929-cu ildə Funakosi Gitin tərəfindən yaradılmışdır. Və müasir karatenin banisi kimi yad edilir.
Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar.
Karate olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növləri mövcuddur. Bunlardan biri Goju-ryu, Shotokahan, Wado-ryu və s. Hal hazırda kompleksimizdə karatenin Shotokahan stili keçirilir. Şotokan sözünün hərfi mənası Shoto – “şam ətirli dalğalar” , khan isə - “məktəb” deməkdir.
Yaradıcısı Funakosi Git olmuşdur. Doğulduğu və böyüdüyü Okinawa adasında döyüş sənətləri ilə məşğul olan Funakosi, ənənəvi karate texnikalarını tətbiq etməyin çox çətin,həmçinin zərbələrin daha ağır və ölümcül olduğunu nəzərə alaraq 7-dən 70-ə hər kəsin bu idman növü ilə məşğul olmasını təmin etmək üçün texnikalarda bir sıra dəyişikliklər etdi. Buna görə Git karatenin mahiyyətini dəyişdiyinə, həmçinin texnikaların gücünü azaltdığı üçün tənqid edildi. Lakin edilən bu dəyişikliklər sayəsində şotokan karate bütün dünyada geniş yayıldı. Digər karate üslublarından fərqli olaraq bu karate növü ilə istənilən yaşda uşaqlar məşğul ola bilər. İdmançılar texnikaları rahatlıqla qavraya bilir və tədbiq edirlər.
Bu karate stili Yapon karate federasiyası tərəfindən qəbul edilən 4 karate növlərindn biridir. Rafael Ağayev, Şahin Atamov kimi bir sıra Azərabaycan idmançılarının məşğul olduğu idman növüdür. .
Kompleksimizdə 4 yaşdan etibarən hər kəs üçün keçirilən üslubdur. Dərslərimiz peşəkar müəllimlər tərəfindın keçirilir və ölkədaxili , xarici yarışlara idmançılar hazırlanır.