Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

Cüdo

Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Təməli Ciqaro Kano tərəfindən qoyulub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. Yaponların bir çox silahsız əlbəyaxa döyüşləri mövcuddur ki bunlardan biri də ciu-citsudur. Lakin bu idman növündə məşqlər zədələnmə ilə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi.

Yaponiya məktəblərinin birində müəllim işləyən Ciqaro KanoTokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri çıxararaq yeni idman növünü yaratdı və ona "Cüdo" adını verdi.

Yaponca CÜ-elastik, yumşaq, DO isə yol, prinsip deməkdir. İlk cüdo məşqləri Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Kodokan ümumdünya cudo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.

C. Kano-un dediyinə görə ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər.

Dünyada tanınması və inkişafı
C. Kano cüdonu dünyada yaymaq məqsədi ilə öz tələbələri ilə Avropa və Amerikaya səyahətə çıxır. Onlar hər ölkədə cüdonun üstünlüyünü göstərərək Kodokan məktəbinin filiallarını açırdılar. cüdo Fransada, İngiltərədə, Braziliyada, Belçikada, Hollandiyada, İspaniyada və s. bu kimi iri inkişaf etmiş ölkələrdə geniş yayılmağa başladı və tez bir zamanda geniş şöhrət qazandı.
Azərbaycanda isə Cüdo-un təməli 1972-ci ildə qoyulub. Elə həmin il Cüdo Federasiyası yarandı. Azərbaycanda dünya və avropa çempionları da var. Elxan Məmmədov,Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və s. kimi bir çox cüdoçularımız var.
Gənclərin sağlamlığında və özünü müdafiəsində böyük rol oynayan cüdo məşqləri kompleksimizdə keçirilməkdədir. Məşqlərimiz peşəkar məşqçilər tərəfindən keçirilir. 4 yaşdan etibarən hər kəs məşqlərimizə qatıla bilər.