Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

ideyaniz-var

Artıq çəkidən üzməklə azad ol!

 30.08.2018 - 14:37    2260
  • 30 Avq 2018
  • 14:37
  •  2260

Çəki atmaq üçün bir çox idman növləri mövcuddur. Lakin onlardan bəziləri bizə həm çox vaxt aparan, həm də əziyyət tələb edən gəlir. Üzgüçülük isə qısa müddətdə həm çəki atmaq, həm də əyləncəli vaxt keçirmək istəyənlər üçün ideal bir seçimdir.

İstənilən yaşda və istənilən zamanda üzgüçülük hovuzlarına yazılmaq və üzməyi öyrənmək mümkündür. Yetər ki bunu siz istəyin!

Üzgüçülük əzələ sisteminin möhkəmlənməsinə effektiv təsir göstərir. Hətta siz bədənizin problemli sahələrinə görə üzgüçülük üslubu seçərək həmin sahələri inkişaf etdirə bilərsiniz. Belə ki siz arxası üstə üzərək düz onurğa sisteminə sahib ola həmçinin beldəki artıq yağları əritmiş olacaqsız. Butterfly (kəpənək) üslubu ilə ayaq əzələlərini gücləndirə bilərsiz. Davamlı üzgüçülüklə məşğul olsanız əzələləriniz möhkəmlənəcək, ürək-qan damar sisteminiz yaxşılaşacaq.

Hərəkətin intensivliyindən asılı olaraq 1 saat üzməklə siz 500 kkal yandıra bilərsiniz. Üzgüçülük yalnız çəki atmağa deyil həmçinin suyun masaj effekti sayəsində sizə selülitsiz, hamar və elastik dəriyə sahib olmanıza yardımçı olacaq. Daha bir üstün cəhəti isə bu idman növü ilə artıq çəkisi çox olan insanlar belə rahatlıqla məşğul ola bilərlər.

Üzmək stressi azaldır,ruhu dincəldir. Özünüzü hər zaman sağlam, gözəl və gümrah görmək istəyirsinizsə məşqlərin müntəzəmliyini unutmadan həftədə 2-3 dəfə üzgüçülük ilə məşğul olun!