Bel ağrılarından əziyyət çəkirsinizsə bunları edin.
Müasir həyatımızda bir çox insanlar bel ağrılarından əziyyət çəkir. Bu ağrıların əsas səbəbi gərilmə, əzələ dartınması. əzələ spazmı və s. ola bilər. Bir çox yaş qruplarında rast gəlinən bu xəstəlik daha çox 35-45 yaşlardan sonra özünü göstərir. Aşağıda qeyd olunan hərəkətləri etdikdə siz bel ağrılarından özünüzü qoruya və bu ağrılar ilə heç bir zaman qarşılaşmaya bilərsiniz. Həmçinin bu hərəkətlər bel və qarın əzələlərini möhkəmlədəcək,qan dövranını artıracaq və ağrılar zamanı sinirdə olan sıxlığı aradan qaldıracaq.
1. Kürəyi üstə hər hansı bir skamya və ya sərt yerdə uzanaraq bir ayağımızı dizdən aşağı tutub sinəmizə doğru sıxırıq. 10-15 san bu vəziyyətdə dayanaraq başlanğıc vəziyyətə qayıdıb digər ayağımızda hərəkəti təkrar edirək. Bu hərəkət ən az 3 yanaşma təkrar edilməlidir.
2. Əllər və diz qapağımızı yerə qoyaraq ( pişik duruşu ) vəziyyətini alıb belimizi yuxarıya doğru qabardırırıq. 5-6 san. bu vəziyyətdə dayandıqdan sonra belimizi aşağı buraxıb başımızı isə tam yuxarı qaldırırıq. Bu hərəkət bir növ sakit və qəzəbli pişiyi sizə xatırladacaq.
3. Kürəyi üstə yerdə uzanıb sağ ayağımızın dabanını sol ayağın dizinə doğru yaxınlaşdıraraq yerə doğru sıxmağa cəhd göstəririk. Üzümüzü isə əks istiqamətə çeviririb, çiyinlərimizi yerdən ayırmamağa çalışırıq. Təxminən 10-15 san bu vəziyyətdə dayandıqdan sonra digər ayağımızda hərəkəti təkrar edirik.
4. Onurğamız dik şəkidə yerdə oturub, dabanımızı bir-birinə birləşdiririk. Əllərimizin dəstəyi ilə ayağımızı özümüzə doğru sıxırıq və ayaqlarımızda gərginliyi hiss etməyə çalışırıq. Kəpənək qanadlarını çırpırmış şəkildə bir neçə san. ayaqlarımızı hərəkət etdiririk.
5. Kürəyi üstə uzanaraq , ayaqlarımızı yerdən ayırmamaq şərti ilə özümüzə doğru yığırıq. Əllərimizi isə çarpaz şəkildə sinəmizin üzərinə qoyub, yan və bel hissəmizi üçkünc forma alanadək yavaş-yavaş qaldırırıq. Başlanğıc vəziyyətə qayıdıb hərəkəti 6-8 dəfə təkrar edirik.
6. Əllər və diz qapağımızı yerə qoyaraq ayağımızı arxaya doğru açıb, başlanğıc vəziyyətə qayıdırıq. Hərəkəti 6-8 dəfə təkrar edirik.
7. Üzü üstə yerdə uzanıb sağ ayağımızı sol əlimizə, sol ayağımızı isə sağ əlimizə doğru yaxınlaşdırırıq. Hərəkətlər 6-8 dəfə təkrar olunur.