Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

Gimnastika

Gimnastika 3 və ya 4 yaşdan etibarən qız və oğlan uşaqlarının fiziki və zehni sağlamlığını təmin edən olimpiya idman növlərindən biridir. Dərslərə minimum 3 yaşdan etibarən başlamaq olar. Lakin bu yaş fərqi uşaqların xarakterinə, ailə daxilində yetişdirmə tərzinə görə dəyişilir. Gimnastika uşaqların sağlam bədən quruluşuna sahib olmağına, əzələ kütləsinin yaş və boylarına uyğun inkişafına kömək edir. Demək olar ki gimnastika bütün idman növlərinin əsasını təşkil edir. Gimnastika ilə məşğul olan uşaqlar gələcəkdə digər idman növünü daha tez mənimsəyə bilərlər.

Gimnastikanın uşaqlar üçün faydaları aşağıdakı kimi sıralamaq olar:

• Elastik bədən quruluşuna sahib olmaq

• Əzələ və sümük sisteminin möhkəmlənməsi

• Duruş qamətinin düzəldilməsi

• Hiperaktiv uşaqlarda sakit davranış

• Ünsiyyət qura bilməyən uşaqlarda sosiallaşa bilmək

• Özünə güvənin formalaşması

• Həmyaşıdları arasında daha məsuliyyətli olmaq

• İstənilən sahədə daha çox uğur göstərmə potensialı