Close

MENYU

Tel.:(+994 12) 374-73-65; (+994 50) 213-48-16

Email:

Böyüklər üçün Hovuz

hovuz

HOVUZ - SAĞLAMLIĞIN, ENERJİNİN, GÜCÜN MƏNBƏYİDİR.

Günə üzməklə başlayın!

Günə hovuzda üzməklə başlamaqdan yaxşı heç nə yoxdur. Həmkarlarınıza sizin bu qədər çox enerjini və həyata sevincinizi haradan almağınız maraqlı olacaq.

Üzgüçülüyün mənfi və müsbət cəhətləri:
Mənfi cəhətlər:
• Spazma.(Bəzən insanların diqqətsizliyi nəticəsində üzgüçülükdən sonra onlarda spazma yarana bilir.Belə təhlükədən uzaq olmaq üçün üzdükdən sonra saçları yaxşıca qurulamaq və bədəni soyuqdan qorumaq lazımdır.)
• Qıc olma.(Qıc olma əsasən soyuq suya daxil olan zaman baş verə bilər.Belə halda ayağa(iynə,sancaq)batırmaq və ya ayağı cimdikləməklə qıc olmadan azad ola bilərsiz.Bu qıc olmanı tez zamanda aradan qaldırma ehtımalı coxaldır.)
• Allergiya.( Hovuzda üzən hər bir kəsin allergiyaya qarşı həkim müayinəsindən keçməsi mütləkdir.)
• Üzgüçülük xüsusi diqqət tələb edən idman növlərindən birirdir.(Uşaqdan böyüyə təzə öyrənən hər bir kəsin mütlək yanında ona nəzarət edən kiminsə olması məqsədə uyğundur .)
Müsbət cəhətləri:
• Üzgüçülüklə məşğul olmaq əsasən erkən yaşlardan başlamaq tövsiyyə olunur,lakin heç vaxt idmanla məşğul olmaq gec deyil.
• Üzgücülüklə məşğul olan insanların immuniteti digər insanların immunitetindən 2 dəfə çox güclüdür.
• Ürək qan-damar sisteminin işləməsini daha da sürətləndirir.
• Təzyiqi tənzimləyir.
• Əsəb sistemləri sakitləşdirir və fiziki yorğunluğu aradan qaldırır.
• Bədəni formalaşdırır və qamətini düzəldir.
• Üzgüçülük idman növü bütün yaş hədləri üçün risksizdir.

 

 

Hovuzda üzmək - yaşlı, eləcə də ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar üçün çox faydalı idman növlərindən biridir. İstənilən su tapşırığı artıq çəkili, eləcə də fiziki əngəlli insanlar, həmçinin ağır travmalardan sonra gələn bərpa dövrü üçün çox faydalıdır. Suda etdiyiniz bütün tapşırıqların mükəmməlliyini qiymətləndirin: əzələlər tonusdadır, ağciyərlər fəal işləyir, mübadilə prosesi sürətlənir, bel və çanaq-bud oynaqlarının yüklənməsi yoxdur.

F-LAND idman kompleksinin kiçik və böyük hovuzları sizin xidmətinizdədir.

F-LAND hovuzunda üzgüçülük təlimləri keçirilir. Təlimə uşaqlarla yanaşı, böyüklər də dəvət olunur. Üzgüçülük təlimləri qrup halında və ya fərdi şəkildə təşkil edilir. Böyüklərə üzməyi öyrətmək mürəkkəb olsa da, kollektivimizin peşəkar məşqçiləri bütün yaş qruplarına uyğun olan unikal metodikadan istifadə edir. Təlimatlar sizə qorxunuza üstün gəlməyə, düzgün nəfəs almağa və hərəkət etməyə, eləcə də suda sərbəst dayanmağa kömək edəcək. Üzgüçülüklə bağlı təlimlər bir neçə mərhələdən keçir:

  • Başlanğıc - düzgün nəfəs almağın və hərəkətlərin öyrədilməsi
  • Baza - suda dayanmaq bacarığının və enerjiyə qənaət etdirəcək üzgüçülük fəndlərinin öyrədilməsi
  • İdman - üzgüçülük prosesində müxtəlif texnikaların öyrədilməsi

Üzgüçülük - yeganə idman növüdür ki, bütün qrup əzələlərin ahəngdar inkişafını təmin edir. Üzgüçülük ürək-damar sisteminin, dayaq-hərəkət aparatının və tənəffüs sisteminin möhkəmliyinə imkan yaradır. Hələ uşaqlıqdan üzgüçülüyə başlamaq uzun illər boyu sağlam qalmağınıza zəmanət verir.

Ailəniz ilə birlikdə hovuzumuza gəlin, üzgüçülük - əyləncəli və faydalıdır. Dostlarla da bizim trenajor zalımıza baş çəkin - siz bundan zövq alacaqsınız. Vaxtınızı əsirgəməyin, öz bədəninizi və ruhunuzu sevin.

Hovuz - hidrotexniki qurğudur. Nəzərə alsaq ki, içməli su ilə müqayisədə hovuz suyuna daha sərt tələblər qoyulur, deməli, hovuz suyunun hazırlanması mürəkkəb texnoloji prosesdir. Müasir texnologiyaların köməyi ilə filtrasiya 24 saat işləyir və su hər gün dezinfeksiya edilir. Bu da ziyarətçilərimiz qarşısında məsuliyyətimizin və qayğımızın göstəricisidir. Suyun emalı bir sıra mərhələləri özündə birləşdirir: hidrogen göstəricisinin - PH-ın nizama salınması, suyun dezinfeksiyası, yosun koaqulyasiyası/flokulyasiyasının yaranmasının qarşısının alınması.

 

Üzgüçülüyün nə kimi xeyirləri var?

Sağlamlığa təsiri baxımından digər idman növləri arasında üzgüçülük birinci yerdədir. Üzgüçülük insan orqanizminin bütün funksional sistemlərinə əlverişli təsir göstərir. O, insanın dayaq-hərəkət aparatına, ürək-damar sisteminə, tənəffüs sisteminə, sinir sisteminə, həmçinin insanın orqanizmində maddələr mübadiləsinin bərpasına xidmət edir. Hovuz - dənizin bir hissəsidir. Sağalmaq, bədənin möhkəmlənməsi, fiziki cəhətdən zəifləmək, məşqlər, terapiya - bütün bunların açarı sudadır. Uşaqlar orta yaş qrupundan olan məşqçi ilə birlikdə hovuzda müntəzəm olaraq idman edirlər. İstənilən su idman növünün əhəmiyyəti uşağın dayaq-hərəkət aparatının möhkəmləndirilməsi, eləcə də onun emosional vəziyyəti üçün ölçüyə gəlməzdi. Hovuzda edilən tapşırıqlar – bu, uşaqlar üçün hər zaman əyləncədir və sevincdir! Siz üzgüçülüyə başlayanda görəcəksiniz ki, su bədəninizi özünə çəkir və fiziki cəhətdən möhkəmləndikcə, qeyri-ixtiyari şəkildə daha çox və daha sıx məşqlər istəyirsiniz. Bu ona görə baş verir ki, bədəninizin bütün hissələri suda məşq edir. Qısa zamanda beyniniz istirahət edir və siz sadəcə bu səssizlikdən zövq alırsınız. Ona görə də dəsmalınızı və çimərlik geyiminizi götürün, “F-land”a gəlin - Üzmək, üzmək, üzmək!

 

Abunə niyə lazımdır?

Üzgüçülük aktiv istirahətin ən yaxşı növlərindəndir. Hətta ona mükəmməl də demək olar. Öz fiziki formanızın qayğısına qalırsınız, amma fitnes-zala baş çəkmək və ya səhər qaçmaq sizə çox yorucu görünürsə, o zaman hovuza abunə olun. Şəffaf, cəzbedici suya baş vuran kimi dərhal öz problemlərinizi unudacaqsınız. Axı su həmişə həyat mənbəyi hesab edilirdi - o gündəlik stresslərin ağır yükünü "yumağa", rahatlamağınıza, eyni zamanda, fiziki formanızı yaxşılaşdırmağa kömək edir. Hamısından yaxşı, əlbəttə ki, ərazi cəhətdən yaxınlıqda olan hovuzu seçməkdir. Belə ki, o evə və ya işə yaxın olmalı, yolunuzun üstündə yerləşməlidi, axı biz tez-tez məhz vaxt çatışmazlığına görə özümüz üçün xeyirli olanları geri atırıq.

Başqa bir vacib məqam - hovuza olan tələblərinizdir. Ola bilər ki, siz artıq çəkidən xilas olmaq və ya başqa fiziki problemlərizdən qurtulmaq üçün hovuza abunə yazılmaq istəyirsiniz. Onda bilmək lazımdır ki, orada peşəkar təlimçi var, yoxsa yox. Yox, əgər hovuza sadəcə əylənmək və birgə vaxt keçirmək üçün rəfiqələriniz ilə bərabər getmək istəyirsinizsə, o zaman sizə ən yaxın olan hovuzu seçin. Üzgüçülük sağlamlığın bərpası üçün çox yaxşı vasitədir, buna görə də təlimçinin seçiminə ciddi fikir vermək lazımdır. Ən yaxşı variant – məşqlərin fərdi proqramının tərtib edilməsidir. Buna görə hovuza abunə yazılanda, təlimatçıların işinə diqqət yetirin. Onların diqqətini və peşəkarlığını qiymətləndirin. Abunə kartınız XXI əsrdə gündəlik qayğılarınız arasında öz sağlamlığınız haqqında düşünməyi və həyatdan həzz almağı sizə xatırladacaq.